QIŞ AYLARINDA DƏRİMİZİ NECƏ QORUMALI?

Qış aylarında üzün dərisinə xüsusi diqqət yetirmək lazımdır. Çünki soyuq havada uzun zaman qalmaq üzdəki qan damarlarını məhdudlaşdırır, toxumaların qanla təchizatı və qidalanması pozulur. Nəticədə dəri quruyur, qabıq verir, solğunlaşır və qırışlar əmələ gəlir. Buna görə qoruyucu kosmetik vasitələrdən istifadə edərək dərini qorumaq lazımdır.

Soyuq havada dəriyə qulluq

Qış aylarında dərini qoruyan qaydalardan biri odur ki, küçəyə çıxmazdan öncə nəmləndirici vasitələrdən istifadə olunmamalıdır. Əsasən qidalandırıcı kremlərə müraciət etmək məsləhətdir – tərkibcə qatı, yağlı və vitaminlərlə zəngin kremlərə.

Belə kremləri üzün dəri tipinə uyğun olaraq seçmək məsləhətdir. Diqqət etmək lazımdır ki, “qış kremləri” kateqoriyasına aid olan kremlərin tərkibi bunlardan ibarət olsun:

– hilaluron turşusu, silikon, qliserin və ya sorbitol  – bu maddələr dəridə müdafiə qatının əmələ gəlməsinə kömək edir;

– vitamin S – dərini möhkəmləndirir, enerji ilə təchiz edir;

– vitamin A – dərini cavanlaşdırır, qidalandırır.

– təbii yağlar – avokado, jojoba, balqabaq və s. yağlar dərini quruluqdan qoruyur.

– vazelin – bu komponenti olan kremlər dərisi həddən çox quru olan insanlara münasibdir.

– yaşıl çayın ekstraktı, çobanyastığının, həmişəbaharın yarpaqları – bunlar adətən qışda əmələ gələn qıcıqlanma, səpki və qızartının aradan qaldırılması üçündür.

– ultrabənövşəyi filtrlər – “qış kreminin” tərkibində bu komponentin olması mütləqdir. Çünki ultrabənövşəyi şüalar həm yay aylarında, həm də qışda üz dərisinin birinci düşmənidir.

Quru dəri üçün kremlər

Quru dəri üçün çox gözəl brend vasitələr var. Onlar üz dərisinin problemlərini həll edir və müdafiəni uzun müddət təmin edir. Lakin unutmaq lazım deyil ki, quru dəri üçün ən yaxşı “qış kremi” sizin dərinizin xüsusiyyətlərinə cavab verən kremdir:

GUERLAİN SUPER AQUA qış kremi: – bitki tərkibli krem dərini ən soyuq şaxtalı havada belə nəmləndirir, yumşaqlıq, elastiklik verir. Səhra qızılgülünün komponentlərindən ibarətdir.

AVON qış kremi: – bu krem qış mövsümündə quru dəriyə ilkin yardımdır. Dərini intensiv nəmləndirir, qidalandırır və hamarlayır. Tərkibində təbii arı südü var.

ESSENTİALS MULTİ PURPOSE GREAM qış kremi: – qatı tərkibli krem dərinin vitaminlənməsi və toxumaların cavanlaşması üçün nəzərdə tutulub. Zeytun yağı, vitamin A, B və E ilə zəngindir.

ZİMA OF FABERLİC: – tərkibində dərini şaxtadan qoruyan kəşmiri ekstraktı var, müntəzəm istifadə olunarsa, müxtəlif aşınmaları, qızartıları aradan qaldırır, dərinin məsamələrini isə tıxayır. Tərkibində çaytikanı, vitaminlərdən A və E var.

MAXFACTOR LASTİNQ PERGORMANCE – bu kremi istənilən yaşda istifadə etmək olar. Müntəzəm istifadə zamanı ekstremal iqlim dəyişikliklərinin təsiri ilə üzdə baş verən zədələnmələr tamamilə yox olur. Tərkibində üzün dərisini zənginləşdirən xüsusi komponentlər var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir