KOSMETİK MƏHSULLAR ZİYANDIRMI?

Hər bir qadın təkcə gözəl görünməyə çalışmır, həm də özünün təkrarsız simasını qorumaq istəyir. Buna görə o, kosmetikadan, makiyaj məhsullarından istifadə edir. Kosmetik vasitələrin, makiyaj məhsullarının təyinatı dərini gözəlləşdirməkdir. Ancaq belə bir nəzəriyyə də var ki, bəzi makiyaj məhsullarının, kremlərin faydadan çox ziyanı var.

Məsələn, bəzi dodaq boyalarının tərkibində qurğuşun var. Lakin makiyaj məhsullarının keyfiyyətinə nəzarət edən təşkilatların araşdırmalarına görə, bu fikirlər əsassızdır. Kosmetik vasitələrlə insan orqanizminə daxil olan qurğuşunun sayı gündəlik hava, su və ərzaq məhsulları ilə bədənə daxil olan qurğuşunun sayından dəfələrlə azdır.

Deyilənə görə, dezodorant-antiperspirantların tərkibində konserogen maddələr olduğundan qadınlarda döşlərin limfa düyünlərində toksinlərin yığılmasına səbəb olub, döş xərçəngini yaradır. Amerika Onkoloji Cəmiyyəti (American Cancer Society) və Milli Onkoloji İnstitutu (National Cancer İnstitute) deyilənlərin əsassız olduğunu sübut ediblər. Limfa düyünləri qaraciyər və böyrəklər vasitəsilə toksinlərdən azad olur, tər vəziləri vasitəsilə deyil. Elmi cəhətdən təsdiqlənmişdir ki, dezodorantlar yalnız allergik reaksiya yarada bilər, xərçəng yox.

Bəzi səthi aktiv maddələr dərini məhv edir. Eksperiment nəticəsində təsdiq edilib ki, gündəlik dərinin laurisulfat natrium tərkibli təmizləyici vasitələrlə təmizlənməsi dəridə həssaslığı artırır. Komponent dərinin qoruyucu səddini zədələyir və dərinin hüceyrələrində yığılır. Səthi-aktiv maddələrin  olduğu yuyucu vasitələrdən  uzun müddətli istifadə dərinin qurumasına, qabıq verməsinə, saçların tökülməsinə, dermatitlərin yaranmasına səbəb olur. Ekspertlər su ilə yuyulan səthi-aktiv maddələrin (şampunlar, təmizləyici gellər, köpüklər və s.) təhlükəsiz olduğunu bildirsələr də, onları dermatitə yoluxan, üzündə qara nöqtələri olan və saçları tökülən adamlara məsləhət görmürlər.

 

MAKİYAJ MƏHSULLARININ KEYFİYYƏTİNƏ DİQQƏT EDİN!

Belə bir arayış verək ki, ən tanınmış səthi-aktiv maddələr – laurilsulfat natrium və laurelsulfat natrium şampunlarda, maye sabunlarda, duş üçün gellərdə olur. Onlardan ona görə istifadə edilir ki,  ucuzdurlar  və səmərəli təmizləməni və köpüklənməni təmin edirlər.

Deyilənlərə görə, kosmetikanın, makiyaj məhsullarının tərkibində olan konservantlar da dəriyə xələl gətirir. Əgər kremlərdə bakteriyalar varsa, məsələn, kremi barmağın ucunda götürəndə həmin o bakteriya dəridə allergiya yarada bilər. Bakteriyalar dəridə və gözlərdə infeksion xəstəliklərin əmələ gəlməsinə də səbəb ola bilər.

Sintetik əsaslı saç boyaları orqanizmə ziyandır. Bu boyaların tərkibində olan (əsasən qara rəngli saç boyalarında) daş kömür qətranı təhlükəsiz deyil.  Alimlər uzun illər bu boyaların problemləri haqda fikir bildirsələr də, bu boyaları əvəz edən maddələr hələ də tapılmayıb.

Üzünüzdə ən keyfiyyətli makiyaj məhsulu olsa belə o, istənilən an dəridəki hava dövranına ziyan vurur. Digər halda isə tozlu, dumanlı, çiskinli, soyuq küləkli havalarda üzünüzə çəkdiyiniz kremlər, makiyaj məhsulları dərinizi qoruyur.

QOYUN DƏRİNİZ NƏFƏS ALSIN

Bir sözlə, birmənalı şəkildə demək olmaz ki, makiyaj məhsulları tamamilə ziyanlıdır, ya da tamamilə faydalıdır. Sadəcə makiyaj məhsullarından istifadənin zərərlərini minimuma endirmək üçün bu məhsulları üzə düzgün çəkməli, üzdən düzgün təmizləməli və üzün dərisinə düzgün qulluq etmək lazımdır. Bununla bağlı bur neçə qaydaya əməl etmək kifayət edər:

1.Makiyajı üzə çəkməzdən əvvəl toniklə dərini silməli, nəmləndirici krem çəkmək lazımdır. Nəmləndirici kremlər dərinin üzərində müdafiə pərdəsi yaradır və bu pərdə dərinizlə makiyaj məhsulu arasında bir növ cədd olacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir