Hədiyyələr

Hədiyyələr sevinc gətirir. Fikrimizcə, bu, hədiyyənin ən mühüm və təkzibedilməz xüsusiyyətidir. Maraqlı hədiyyəni düşünərək seçmək lazımdır. Hədiyyə təqdim olunarkən burada hədiyyə verənin də xarakteri  ifadə olunur, onun daxili aləmi açıq-aydın özünü biruzə verir.

Hədiyyə seçimi

Hədiyyəni vaxtında, zamanında, onu verən insanın zövqünü, maraqlarını nəzərə alaraq vermək lazımdır. Maraqlı hədiyyələr seçərkən təbrik etdiyiniz şəxslə hansı münasibətdə olduğunuzu nəzərə almalısınız. Məsələn, kosmetik vasitə ən yaxın münasibətdə olduğunuz adamlara hədiyyə oluna bilər, eləcə də yataq ləvazimatları yalnız qohumlara verilən hədiyyə ola bilər.

Praktik, maraqlı hədiyyələr də (fen, mikser) yaxın adamlara, dostlara onların bu hədiyyə haqqında xatırlaması olarsa, verilə bilər. Belə bir hədiyyə ofisdə yaxın əməkdaşınızın təbriki üçün münasibdir. Yaxşı olardı ki, iş yoldaşınızın nə istədiyini qabaqcadan biləsiniz. Məsələn, o, yaxın günlərdə şikayət etmişdi ki, ütüsü və ya elektrik çaydanı yanıb.

İstənilən vəziyyətdə ən yaxşı hədiyyə canlı güllərdir – buketdə, səbətdə və ya dibçəkdə, fərq etməz. Və əlbəttə ki, hər hansı hədiyyə nə olursa-olsun gözəl tərtib olunmalı və nəfis şəkildə bağlanmalıdır.

Hədiyyə seçimi onu verənin maddi imkanından da asılıdır. Çox bahalı hədiyyələr almaq düzgün deyil. Bu, səbəbkarı  pis vəziyyətdə qoya bilər. Məsələn, iş yerində rəhbərə bahalı hədiyyə vermək rüşvət kimi qiymətləndirilə bilər. Ona görə də rəhbərə kollektiv adından maraqlı hədiyyə etmək daha münasibdir.

Yaxın qohumlara maraqlı hədiyyə seçimində geyim əşyaları, müxtəlif təsərrüfat mallarından istifadə etmək olar. Qadınlar ən yaxın kişi qohumuna müxtəlif siqaret çəkmə ləvazimatları, qeyri-adi düşünülmüş hədiyyələr təqdim edə bilər: tütün, şərab, qalstuk, şərf, sviter, köynək. Ancaq uzaq qohumlara belə hədiyyələr vermək münasib deyil.

Əksər hallarda hədiyyə seçimi  kitablar da olur. Doğrudur, kitab kimi maraqlı hədiyyəni diqqətlə seçmək lazımdır. Bilmək lazımdır ki, səbəbkarı hansı kitablar sevindirə bilər.

Bundan başqa, Yeni il, 8 Mart bayramları ilə bağlı təbriklər zamanı hədiyyələrə həmin bayramları simvolizə edən müvafiq açıqcalar əlavə etmək məəsləhət görülür.

Qızlar üçün hədiyyələr

Yeniyetmə yaşında qızlara hədiyyə zinət əşyası, məsələn, qızıl sırğa hədiyyə etmək məsləhətdir. Bu dövrdə çox zaman qızlar şıltaq olur. Buna görə onların özlərindən hansı hədiyyəni arzulamasını öyrənmək daha yaxşıdır. Əgər hər hansı dəyərli bir şey hədiyyə etmək istəyirsinizsə, bu, mobil telefon, personal planşet-kompyuter ola bilər. Gənc qızların yumşaq böyük oyuncaq və ya gözəl keramik gəlincik xoşlarına gələ bilər, amma mütləq belə hədiyyənin yanında gül dəstəsi olmalıdır. Təbii, canlı güllərin yerinə konfetlərdən ibarət şirin bir bağlama da hazırlamaq olar.

Oğlanlar üçün hədiyyələr

Müasir dövrdə yeniyetmə gənc oğlanlara maraqlı hədiyyə müxtəlif qacetlər və ya kompyuterlər üçün aksesuarlardır. Əlbəttə ki, bahalı telefonu valideynlər və ya ən yaxın qohumlar hədiyyə edə bilər. Çünki məhz onlar səbəbkarın hansı modeli bəyəndiyini yaxşı bilirlər.

Kompyuterin siçanı, klaviaturası, kolonkaları – bunlardan hər bir evdə var. Əgər bu aksesuarları qeyri-adi maraqlı dizaynda tərtib etsəniz, səbəbkar çox sevinər. Əgər hədiyyə verəcəyiniz oğlanın müəyyən maraqları, məşğuliyyəti varsa, ona hədiyyə seçmək asan olacaq. Elə hədiyyə seçmək olar ki, bu, onun xobbisi ilə bağlı olsun. Bununçün onun maraq dairəsi ilə tanış olmaq vacibdir. Belə hədiyyə ideyalarına müxtəlif idman ləvazimatları, musiqi aləti (məs. gitara), texniki modellər (tanklar), turist ləvazimatları, fotoaparatlar və ya video çəkiliş üçün aparatlar aid edilə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir