GUCCİ QADIN ƏTİRLƏRİ

Gucci – bu gün ən çox tanınmış və tələb olunan ətir brendidir. İtaliyanın “Gucci” moda evi 1921-ci ildə Guccio Gucci tərəfindən yaradılıb. Həmin ildə Florensiyada ilk kiçik mağazasını açan Guccio Gucci dəridən hazırladığı müxtəlif malların ticarəti ilə məşğul olub. Alver yaxşı getdiyindən bir neçə il sonra o, Nyu-Yorka köçür və burada böyük bir mağaza açır. Dəb dünyasında şan-şöhrət sahibi olana kimi Guccio Gucci “GUCCİ” markası altında dəridən çemodanlar, çantalar, şarflar və ayaqqabılar istehsal edir. 1947-ci il şirkətin həyatında dönüş ili olur.  Həmin il Guccio Gucci tutacağı bambukdan olan qadın çantası təqdim edir, həmin çanta indiyədək brendi təmsil edən əsas məhsuldur. Guccio Guccinin ölümündən sonra onun 3 oğlu moda evinə idarəetməni həyata keçirib, onların səyi ilə “Gucci” markası altında ətirlər istehsal olunmağa başlanıb.  90-cı illərin ortalarında tanınmış  dizayner Tom Fordun Guccio Guccinin oğlu tərəfindən şirkətə dəvət olunması uğurların sayını artırır. O, brendin  tarixində inqilab edərək, qadın ətirləri həmçinin və üşün dəbli duxu və parfümlər yaradır.

Gucci Qadın Ətirlərinin növləri

Hal-hazırda Gucci  həcminə görə bir çox moda evlərini birləşdirən dünyanın 3-cü dəbli brendidir. Gucci duxuları klassik, parlaq, zərif və incədirlər, onların ətri öz sahiblərinə qüsursuz dad verir. Gucci ətirlərinin geniş təqdimatına ehtiyac yoxdur. Gucci italyan moda evinin məhsulları dəbdəbə və orijinallıq nümunəsidir, bu məhsullar parfümeriyada dəb obrazı yaradılmasının orqanik bir hissəsidir. Gucci ətirlərinin ilki olan Gucci № 1 1974-cü ildə çiçəkli qoxu ilə təqdim edilib və 20-dən çox komponentdən ibarət olub. Hətta ətir bazarının bügünkü müxtəlifliyinə, zənginliyinə baxmayaraq Gucci № 1 zərif,parlaq, zəngin və harmonik  gül buketi ilə hamını heyran edir. Daha sonra Gucci AccentiGucci Rush parfümlərinin seriyalarla buraxılışı, Gucci Flora by Gucci və Flora by Gucci Garden Collection kompozisiyaları gül notlarından ibarət eleqant qoxularla, meyvə və otların ətirləri ilə qadınların gözünü və ruhunu oxşayır. Gucci Envy – güclü qadınların yaşam tərzi, Flora Gucci Gargeous Gardenia – ilk təmasdan hamını valeh edən, Gucci Premiere eau de Toilette  – dəbli qadınların əsl uğur simvolu, Gucci Guiety Studs Pour Femme – parlaq, sevilən, arzuolunan əsl qadın obrazının təcəssümüdür.

Gucci Qadın ətirlərinin qiyməti

Bakının parfümeriya mağazalarında Gucci brendinə məxsus müxtəlif çeşiddə ətirlər alıcıların ixtiyarına verilib. Gucci ətir qiymətləri flakonların həcminə görə 50 manatdan başlayaraq 300 manatadək dəyişir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir