Ərəb ətirləri

Ərəb ətirləri və Fransız ətirləri kəlimələrinə tez-tez rast gəlirik. Ətir dad və individuallıq əlamətidir. İnsan üzərindən gələn ətir onun haqda olan ümumi təsəvvürün formalaşmasında böyük rol oynayır. Buna görə də hər kəs vacib və ya özəl bir görüşə hazırlaşarkən ətir seçiminə çox önəm verir və bununla özünəməxsus ruhu rahatlıq tapır. Biz ətir seçərkən qoxusuna, yoxsa qalıcığına görəmi seçirik? Bəs Ətir püskürtməyi  necə, sevirik? Hələ bu ərəb ətirləridirsə, bəs onda?

Ərəb ətirləri imzan olsun

Son zamanlar ərəb ətirləri hər kəsin sevimlisinə çevrilib. Hər kəsin zövqünü oxşayan ərəb ətirlərini ən çox da Dubay dükanlarından tapmaq olar.  Ətir vasitələri xəstəliklərin şəfasında çox köməkçi vasitədir. Qədimdə ərəb evinə gələn hər kəsi, hörmət əlaməti olaraq, içinə qızılgül ləçəkləri atılmış su ilə səpirdilər. Hindlilər öz müqəddəs məbədlərindəki böyük öküz bütünü hər gün parıldayana qədər ətir tərkibli maddələrlə silirlər. “Gənc bir qızsansa, gələcəkdə bir qadın olanda da həmişə tək bir ətrin olsun. O qoxu sənin imzan kimi olsun. İnsanlar o qoxunu hiss edəndə səni xatırlasınlar”. Siz də razılaşırsınızmı bu fikirlə?

Ərəb ətirlərinin sevimlisi

Bir neçə Ərəb ətirləri vardır ki, rəsmən dünya markası halına gəlib. Hətta ərəb ətirləri Harrods, Selfridges kimi böyük mağazalarda da satılır.  Ərəb qızlarının örtüklərinin altında fərq edilmələrini təmin edən şey, göz makiyajları və qoxularıdır. Seçilən ərəb ətirlərindən daha çox tanınan Amouage ərəb ətirləri. Amouage adı Fransızca amour yəni eşq kəlməsi, Ərəb dilində dalğalar mənasına gələn hecanın vəhdətindən yaranır. Tərkibində daha az spirt vardır və bu baxımdan da çox seçilir. Digər Ərəb ətirləri yalnız yağdan emal edilərkən, Amouagedə qoxunun dönməzliyi və enerjisini artırmaq baxımından çox az spirt istifadə edilir. Amouage Sultanın ətirlərə olan sevgisindən yaranmışdır. Yaradıcı direktor Christopher Chong-un rəhbərliyi altında qiymətli ağacların, büxur və mirr kimi Orta Şərq ədvalarının dolaşıq qatışığı ilə yaranıb.  67 ayrı qoxusu olan markanın qadın və kişi üçün bir çox variantı vardır. Digər bəyənilən ərəb ətirlərinə M.Micallef, Ramon Monegal, Swiss Arabia, Ne’emah, Khaltat və başqalarını misal göstərmək olar.

Ərəb Ətirlərini haradan əldə edək?

Ərəb ətirləri orginal olaraq asan tapılan olmasa da, imkansız da deyil. Bizim bir sıra tanınmış parfumeriya mağazalarımız var ki, burada istədiyimiz ətirləri əldə edə bilərik. Digər ölkələrə səfər etsək əgər, xüsusilə də Dubaya buradan rahatlıqla istədiyimiz ərəb ətirləri tapıla bilər. Dünyanın birinci dərəcəli alış-veriş məkanı kimi Dubay xüsusi bir ətir axtaran ətir həvəskarları üçün birinci növbədə baş çəkiləcək yerdir. Yan-yana düzülmüş məşhur firmaların ətirlərini və xüsusi hazırlanmış ərəb ətirləri o cümlədən, ərəb ətirçiləri tərəfindən hazırlanmış ətirləri buradan tapmaq olar. Burada ən gözəl tərkib hissələrindən istifadə edən və uzun müddət iyi dağılmayan daha kəskin, ağır iyli ərəb ətirləri vardır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir